“Münaqişə nüvə müstəvisinə keçsə, təkcə Ukrayna üçün fəlakətli olmayacaq”- Zelenskinin müşaviri

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak münaqişənin nüvə müstəvisinə keçmə riskini görmədiyini, lakin belə bir təhlükənin mümkün olduğunu bildirib.

“Republicca” qəzetinə müsahibəsində o qeyd edib ki, dünya beynəlxalq nüvə təhlükəsizliyi mexanizminin tam iflasına icazə verərsə, bunun nəticələri təkcə Ukrayna üçün fəlakətli olmayacaq.

“Qərb kütləvi qırğın silahlarının yayılmaması haqqında sazişin sadəcə kağız parçasına çevrilməsinə və yeni silahlanma yarışının başlamasına hazırdırmı? – Podolyak deyib.

O hesab edir ki, nüvə silahından istifadəyə qlobal reaksiya Avropa İttifaqı və NATO səviyyəsində müzakirə edilməlidir.

Azpost.info

Əvvəlki məqalə

Tramp Putin və Zelenski arasında danışıqlar üçün vasitəçiliyini təklif edib –

Sonrakı məqalə

“Ən böyük reketlər ciddi mətbuatdadır” –