ABŞ-ın sabiq prezidenti Tramp Rusiya və Ukrayna arasında danışıqlar üçün vasitəçiliyini təklif edib.
Azpost.info bildirir ki, Tramp bu barədə özünün Truth Social platformasında yazıb.
Tramp Ukrayna-Rusiya danışıqlar prosesinə rəhbərlik etmək istədiyini deyib və tərəfləri sülh sazişi bağlamağa çağırıb. “Hər iki tərəf buna məhkumdur və bunu istəyirlər. Masa üzərinə bütün dünyanın taleyi qoyulub”-deyə ABŞ-ın sabiq prezidenti yazıb.
Moskva və Kiyev hələlik Trampın bu müraciətinə cavab verməyiblər.
