“Ciddi nəticələri ola bilər!”- Borrel Gürcüstan hökumətinə xəbərdarlıq etdi

Avropa İttifaqının Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel Gürcüstana ölkə daxilində kütləvi etirazlara səbəb olan “xarici agentlər” haqqında qanunun qəbulu ilə bağlı xəbərdarlıq edib.

Azpost.info xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc edilmiş bəyanatında deyilir.

Borrel qanunun birinci oxunuşda qəbul edilməsini “Gürcüstan və onun xalqı üçün çox pis hadisə” adlandırıb. O, qeyd edib ki, qanun hazırkı formada vətəndaş cəmiyyətinə və mediaya mənfi təsir etmək riski daşıyır.

“Bu qanun Aİ-nin dəyər və standartları ilə bir araya sığmır. Bu, Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı bəyan etdiyi məqsədlərə ziddir. Onun qəbulu Aİ-Gürcüstan münasibətləri üçün ciddi nəticələrə səbəb ola bilər”, – Borrel vurğulayıb.

O, həmçinin Gürcüstanı demokratiya, qanunun aliliyi və insan haqlarını təşviq etmək öhdəliyini qorumağa çağırıb.

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Bunun ardınca Tbiıisinin mərkəzində kütləvi etiraz aksiyası keçirilib.

Azpost.info

Əvvəlki məqalə

Masallı polisi 22 il əvvəl törədilmiş cinayətin üstünü açıb

Sonrakı məqalə

“Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin yenidən Brüsselə gəlməsini çox istəyir”