“Müraciətlərimizə cavab verin”- Qərbi Azərbaycan İcması Ermənistana çağırış edib

“Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmalarına şərait yaradılması ilə bağlı Ermənistan tərəfinə etdiyimiz və cavabsız qalan müraciətin tezliklə cavablandırılmasına çağırırıq”.

Bunu “Report”un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılması insanlıq əleyhinə cinayət, etnik təmizləmə idi.

Sözçü xatırladıb ki, ötən əsr boyunca qərbi azərbaycanlılar dörd dəfə 1905-1906, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə qırğın və deportasiyalara məruz qalıblar: “Əsrin əvvəllərində baş verən ilk iki deportasiya xüsusi amansızlıqla törədilən qətllər və sürgünlərlə yadda qalıb və yüz minlərlə azərbaycanlı canlarını bu qırğınlardan qurtarmaq üçün kor-koranə şəkildə yurd-yuvalarını tərk etməyə məcbur ediliblər. İrəvan şəhəri və ətrafını əhatə edən kəndlərə qəfil edilən basqınlar insanları buna vadar edib. 1947-ci ildə Sovet lideri Stalinin fərmanı ilə 100 min azərbaycanlının Ermənistan ərazisindəki öz ata-baba yurdlarından deportasiyasına dair qərar verilir, lakin 1948-53-cü illəri əhatə edən deportasiyalarda 144 600 soydaşımız vaqonlarla dağlıq ərazidən düzənliyə gətirilir. Onlar üçün guya kağız üzərində burda yaşaya bilmək üçün şərait yaradılması nəzərdə tutulub, lakin bu reallaşdırılmayıb”.

Əvvəlki məqalə

Təqaüd proqramlarının şəffaflaşması və institutlaşması vacib məsələlərdəndir

Sonrakı məqalə

Sabah hava necə olacaq?