Müsavat başqanının müavini həbs edilib

29 İyul 2020 - 09:45

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli həbs edilib.

Azpost.info bildirir ki, bu barədə Müsavat başqanı Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, Fərəc Kərimli bu gün səhər 6 nəfər mülki şəxs tərəfindən yaşadığı evdə həbs edilərək Bakı Baş Polis İdarəsinə aparılıb.

A.Hacılı detallar barədə açıqlama verməyib.