Müştəri maska taxmağı tələb edən mühafizəçini bıçaqlayıb

10 Oktyabr 2021 - 09:38

ABŞ-ın Nyu-York ştatında “App Store” mağazasının mühafizəçisi naməlum müştəri tərəfindən bir neçə dəfə bıçaq xəsarəti alıb.

“ABC” telekanalı xəbər verir ki, bu barədə yerli polisin açıqlamasında bildirilib.

Mühafizəçinin müştəriyə mağazaya daxil olarkən maska taxmaq xəbərdarlığı ikincinin narazılığına səbəb olub və aralarında mübahisə yaranıb.

Polisin məlumatına görə, sonradan mağazaya qayıdan naməlum müştəri “iti bir əşya” çıxarıb mühafizəçiyə bir neçə dəfə zərbə endirib. Zərərçəkən yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hazırda polis şübhəli şəxsi axtarır.