Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Müştəri Unibankdan narazıdır

Orkhan Ali 04 İyul 2025 - 11:30 (Last updated: 04 İyul 2025 - 11:49)
Unibank

Unibank

Unibank müştərilərindən biri – Orxan Rəhimli bankla yaşadığı ciddi narazılığı sosial şəbəkələrdə ictimailəşdirib. Onun sözlərinə görə, həm özü, həm də ailə üzvü Unibankın uzunmüddətli və aktiv müştəriləridir. Hər ikisinin bankda kredit və taksit kartı hesabları mövcuddur.

AzPost bildirir ki, müştəri iddia edir ki, İrşad mağazasından Unibank taksit kartı vasitəsilə on iki aylıq hissə ilə məhsul alınıb. Lakin bir ay sonra bank kart limitini avtomatik şəkildə yeniləyib və yüksək məbləğ təyin edərək istifadəçidən bu dəyişiklikləri qəbul etməyi tələb edib. Müştəri yenilənmiş məbləğdən imtina etsə də, sonradan məlum olub ki, taksitlər on iki ay yox, daha az müddətə bölünüb.

Orxan Rəhimli qeyd edir ki, mağaza tərəfindən təqdim edilən çek və müqavilələrdə ödəniş müddətinin on iki ay olduğu təsdiqlənir. Buna baxmayaraq, bankın verdiyi qərar nəticəsində ödəniş qrafikası dəyişdirilib və artıq ödənişlər yaranıb.

Narazılıq bununla da bitməyib. Müştəri bildirir ki, kart limiti azaldılıb və kart blok edilib. Lakin blokda olan kartdan əlavə faiz məbləğinin iki dəfə silinməsi cəhdi olub. Müştəri bunu “xəbərsiz və qanunsuz müdaxilə” kimi qiymətləndirir.

Orxan Rəhimli son olaraq bildirib ki, yaranmış bu narazılıq səbəbilə bankla əməkdaşlığını dayandırmaq niyyətindədir.

Qarşı tərəfin rəsmi mövqeyi olarsa xəbər yenilənəcək.

AzPost.az

Post navigation

Previous: “Transneft”in vitse-prezidenti Bədəlov pəncərədən yıxılaraq ölüb
Next: Konstitusiya Məhkəməsinə 4 yeni hakim təyin olunub

Oxşar xəbərlər

4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.