Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Kapital Bank-ın kart xidmətlərindən şikayət

Orkhan Ali 22 Sentyabr 2025 - 09:31 (Last updated: 22 Sentyabr 2025 - 08:27)
Kapital Bank

Kapital Bank

Son günlər sosial şəbəkələrdə Kapital Bank-ın kart sahiblərinin narazılıqları müzakirə olunmaqdadır. Müştərilər iddia edirlər ki, bank kartlarından onların icazəsi olmadan müəyyən məbləğlər silinir və bu zaman heç bir təsdiq SMS-i də göndərilmir.

AzPost bildirir ki, istifadəçilərdən Turanə Qarayevanın sözlərinə görə, təxminən üç ay əvvəl onun kartından 50 dollar çıxılıb, halbuki hesab yalnız manatla olub:
“Heç bir kod gəlmədən pul çıxıldı. Təhlükəsizlik xidmətini özləri yaradıb, özləri də sıradan çıxara bilərlər. Zəng vuranda isə müxtəlif bəhanələr gətirirlər” – deyə şikayətçi bildirib.

Digər istifadəçilər də oxşar problemlə qarşılaşdıqlarını təsdiqləyiblər. Onlardan biri qeyd edib ki, işsizlik sığortası adı altında kartdan vəsait silinib:
“Mənim işsizliyimin banka nə dəxli var? Mənə bu barədə heç vaxt məlumat verilməyib” – deyə şikayətçi yazıb.

Başqa bir müştəri isə bankla yaşadığı oxşar təcrübəni belə izah edib:
“Kartımdan borc kimi məbləğ tutulmuşdu. Müraciət etdim, yalnız Mərkəzi Bankın qaynar xəttinə zəng etdikdən sonra vəsait geri qaytarıldı”.

Hüquqşünasların fikrincə, bank kartından vəsaitin müştərinin razılığı olmadan silinməsi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna və bank xidmətləri ilə bağlı müqavilə öhdəliklərinə ziddir. Ekspertlər hesab edirlər ki, bu cür hallarda vətəndaşlar əvvəlcə bankın özünə, nəticə əldə olunmadıqda isə Mərkəzi Banka və məhkəməyə müraciət edə bilərlər.

Qeyd edək ki, hazırda Kapital Bank tərəfindən məsələ ilə bağlı ictimaiyyətə rəsmi açıqlama verilməyib.

AzPost.az

Post navigation

Previous: ABB-nin Visa Premium Miles kartı ətrafında narazılıqlar
Next: Daha bir ölkə Fələstin dövlətini tanıdı

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.