Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • ÖZƏL

ABB-nin Visa Premium Miles kartı ətrafında narazılıqlar

Orkhan Ali 22 Sentyabr 2025 - 09:14 (Last updated: 22 Sentyabr 2025 - 08:19)
ABB

Son günlər sosial şəbəkələrdə ABB-nin Visa Premium Miles kartı ilə bağlı şikayətlər müzakirə olunmaqdadır. Müştərilər bildirirlər ki, kartın təqdim olunduğu ilk vaxtlardakı şərtlər getdikcə dəyişdirilir, imtiyazlar azalır və nəticədə kartın əvvəlki cəlbediciliyi itir.

Müştəri Mirzə Səmədli yazıb ki, vaxtında 300 manat ödəyərək kart alan istifadəçilər müddət bitdikdə kartı yeniləyə bilmir və kartı faktiki olaraq tullamalı olurlar: “Kartın vaxtı bitəndə tullamalı oluruq. Bu düzgün deyil”.

Digər istifadəçilər də kartın funksionallıqlarının ardıcıl şəkildə azaldığını vurğulayırlar. Onların sözlərinə görə, əvvəlcə sifarişlərin dayandırılması ilə başlanan dəyişikliklər, daha sonra limitlərin aşağı salınması, kart qalığına faiz hesablanmasının dayandırılması ilə davam edib. İndi isə millərin verilməsinin tamamilə dayandırılacağı barədə narahatlıqlar var. Bəzi müştərilər hətta bu dəyişiklikləri AZAL ilə birgə təqdim edilən bahalı kartların təşviqi ilə əlaqələndirirlər.

Mövzu ətrafında fikirlərini bildirən istifadəçilərdən biri qeyd edib: “Banklar müştəriləri əvvəlcə millər və kəşbeklə cəlb edir, sonra isə şərtləri dəyişərək psixoloji təsir göstərirlər”.

ABB isə yayılan narazılıqlara cavab verərək bildirib ki, Visa Premium Miles kartı hələ də bankın yüksək səviyyəli məhsulları sırasındadır. Bankın açıqlamasında deyilir ki, əsas funksionallıqlar qorunub saxlanılır, müştərilər ödənişlərə görə millər toplamaqda və partnyor endirimlərindən yararlanmaqda davam edirlər. Həmçinin qeyd olunub ki, AZAL ilə birgə təqdim edilən yeni kartlar Premium Miles-ı əvəz etmək üçün deyil, alternativ seçim kimi hazırlanıb.

Ekspertlər isə məsələni yalnız maliyyə deyil, həm də hüquqi aspektdən dəyərləndirirlər. İqtisadçıların fikrincə, bank məhsullarının şərtlərinin tez-tez dəyişdirilməsi müştərilərin maraqlarına zidd ola bilər. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa görə, müştəriyə satılan məhsulun (xidmətin) əsas şərtləri əvvəlcədən açıqlanmalı və müqavilədə təsbit olunmalıdır.

Hüquqşünasların sözlərinə görə, əgər bank məhsulunun reklamında göstərilən üstünlüklər sonradan birtərəfli qaydada dəyişdirilirsə, bu, “aldadıcı kommersiya praktikasına” bənzəyir. Belə hallarda müştəri mübahisəni Mülki Məcəlləyə əsaslanaraq məhkəmə qaydasında həll edə bilər. Lakin praktiki baxımdan bu proses uzun çəkdiyi üçün əksər istifadəçilər şikayətlərini sosial şəbəkələrdə paylaşmaqla kifayətlənirlər.

Məsələ göstərir ki, ölkədə maliyyə institutlarının təqdim etdiyi kart məhsulları ilə bağlı hüquqi mexanizmlər daha şəffaf və dayanıqlı olmalıdır. Müştəri etimadının sarsılması təkcə bir bankın deyil, bütövlükdə maliyyə sisteminin reputasiyasına zərər vurur.

Visa Premium Miles kartı ətrafında yaranan mübahisələr isə açıq şəkildə bir sualı gündəmə gətirir: banklar reklamda vəd etdikləri imtiyazları nə dərəcədə sabit saxlamalıdırlar və müştərinin ödədiyi haqq müqabilində hüquqları hansı qanunlarla qorunur?

AzPost.az

Post navigation

Previous: Dietoloq makaron haqqında yanlış fikirləri təkzib etdi
Next: Kapital Bank-ın kart xidmətlərindən şikayət

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.