Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Müştəri “Kapital Bank”dan narazıdır

Orkhan Ali 26 Fevral 2026 - 09:43 (Last updated: 26 Fevral 2026 - 06:28)
Kapital Bank

Kapital Bank

Bank əməliyyatları zamanı məlumatların düzgün rəsmiləşdirilməməsi ilə bağlı növbəti şikayət daxil olub. Vətəndaş  bildirib ki, 25 fevral 2026-cı il tarixində Kapital Bank-ın Mingəçevir filialında Western Union vasitəsilə pul köçürməsi həyata keçirib.

AzPost xəbər verir ki, onun sözlərinə görə, köçürmə zamanı dörd masada əyləşən əməkdaşlardan birinə alıcının adının necə qeyd olunmalı olduğunu dəqiqliklə izah edib. Buna baxmayaraq, məlumat sistemə səhv daxil edilib. Müştəri iddia edir ki, əməliyyat zamanı əməkdaş ona əlavə olaraq taksit kartı təklif edib və əsas məsələdən yayınıb.

Şikayətçi məsələ ilə bağlı bankın məlumat mərkəzi ilə əlaqə saxladığını bildirib. Ona bildirilib ki, məlumatın düzəlişi yalnız Mingəçevir filialında mümkündür. Vətəndaş isə artıq Bakıda olduğunu və yenidən başqa şəhərə getməsinin çətinlik yaratdığını deyir.

Onun sözlərinə görə, filial tərəfindən sorğu qeydə alınıb və müraciətə 3 iş günü ərzində baxılacağı bildirilib. Müştəri isə hesab edir ki, sadə bir ad düzəlişi üçün həm şəhər dəyişmək, həm də bir neçə gün gözləmək məntiqə uyğun deyil.

Şikayətdə qeyd olunur ki, sorğunun nömrəsi 6578170-dir və vətəndaş problemin Bakıda yerləşən filiallardan birində operativ şəkildə həll olunmasını istəyir. Əks halda, məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankı-na rəsmi müraciət edəcəyini bildirir.

Məsələ ilə bağlı Kapital Bank-ın mövqeyini öyrənmək mümkün olmayıb. Qeyd edək ki, pul köçürmələri zamanı şəxsi məlumatların düzgün daxil edilməsi və sonradan operativ şəkildə düzəliş imkanının təmin olunması bank xidmətlərinin əsas tələblərindən hesab olunur.

AzPost.az

Post navigation

Previous: “14-15 saat işlədirdilər, maaşımdan 120 manat tutdular”
Next: Azərbaycan Avropa Siyasi Birliyinin İrəvandakı Sammitində iştirak etməyəcək

Oxşar xəbərlər

4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.