Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Müştərilər süni qiymət artımından şikayətçidir

Orkhan Ali 14 Aprel 2026 - 09:46 (Last updated: 14 Aprel 2026 - 09:46)
Bolt

Bolt

Paytaxtın taksi bazarında fəaliyyət göstərən Bolt xidmətinin tətbiq etdiyi yeni “Priority” (üstünlük) kateqoriyası istifadəçilərin ciddi etirazına səbəb olub. Müştərilər bu sistemin xidmət keyfiyyətini artırmaq deyil, qiymətləri dolayı yolla qaldırmaq məqsədi daşıdığını iddia edirlər.

“Ekonom” sinfi sıradan çıxarılır?

AzPost xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirə olunan şikayətlərə görə, əvvəllər mövcud olan “Econom”, “Comfort” və “Business” siniflərinə əlavə edilən “Priority” bölməsi süni maneələr yaradır. Müştəri Afet Qayıbovanın bildirdiyinə görə, yaxınlıqdakı (6-7 dəqiqəlik məsafə) sürücülər sistem tərəfindən yalnız “Priority” sifarişi kimi göstərilir. Bu da büdcəsinə qənaət etmək istəyən sərnişinlər üçün “Ekonom” seçimini faktiki olaraq əlçatmaz edir.

Sürücülərin “imtina” taktikası və qiymət manipulyasiyası

Şikayətdə qeyd olunan əsas məqamlardan biri də sürücülərin davranışıdır. Belə ki, sürücülər daha bahalı “Priority” sifarişi tutmaq məqsədilə adi sifarişləri qəbul etmir və ya müştəriyə “imtina edin” deyərək təzyiq göstərirlər. Nəticədə sərnişin çarəsiz qalaraq daha baha ödəniş etməyə məcbur olur. Bəzi hallarda “Priority” qiyməti “Comfort” sinfindən belə baha başa gəlir. Həftədə bir neçə dəfə taksi xidmətindən istifadə edən vətəndaşlar üçün ciddi əlavə xərclər yaranır.

Narazı müştərilər mövcud vəziyyətdən çıxış yolu kimi iki əsas təklif irəli sürürlər. “Priority” kateqoriyasının tamamilə ləğv edilərək əvvəlki şəffaf bölgü sisteminə qayıdılması, müştəridən sifarişi ləğv etməyi istəyən sürücülərə qarşı xüsusi penalti tətbiq edilməsi və onların reytinqinin aşağı salınması.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Post navigation

Previous: Bu günün valyuta məzənnələri
Next: Ankaranın Bələdiyyə sədri haqqında araşdırmaya icazə verildi

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.