Mustafa Şentop Azərbaycana gəlib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti “İNCSOS-Qarabağ” 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak etmək üçün iyunun 2-də Azərbaycana səfərə gəlib.

Azərbaycanın və Türkiyənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Fazil İbrahimli, Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.

Əvvəlki məqalə

ABŞ-da baş vermiş atışma nəticəsində 4 nəfər ölüb

Sonrakı məqalə

Sığınacaqda uşaqlara əzab verilməsi faktı ilə bağlı cinayət işi başlanılıb