Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Müştəri Starex kargo şirkətindən narazıdır

Orkhan Ali 26 Avqust 2025 - 19:01 (Last updated: 26 Avqust 2025 - 18:01)
StarexGlobal

StarexGlobal

Paytaxt sakini Təranə Həsənova Starex kargo şirkətindən ciddi narazılıq edib. AzPost-a müraciət edən vətəndaş bildirib ki, bu ilin avqustun on doqquzunda onun bağlaması ölkəyə gətirilib, lakin kuryer tərəfindən vaxtında təhvil verilməyib.

Şikayətçinin sözlərinə görə, həmin gün kuryer ünvanı dəqiqləşdirmək üçün onunla əlaqə saxlayıb. O isə ünvanını tam şəkildə — Binəqədi rayonu üzrə təqdim edib və əlavə olaraq konum göndərə biləcəyini də bildirib. Lakin kuryer “yox, gec olacaq, nəysə, aparıram anbara” deyərək telefonu kobud şəkildə bağlayıb.

Daha sonra vətəndaş şirkətin sosial şəbəkə səhifəsinə yazaraq məsələni diqqətə çatdırıb. Cavab olaraq bağlamanın “təxmin edilən son tarixdə çatdırılacağı” bildirilib. Halbuki, bağlama hələ avqustun on doqquzundan anbarda olub və məqsədli şəkildə saxlanılıb.

Təranə Həsənova ən çox narahatlıq doğuran məqam kimi şirkətlə telefon əlaqəsini göstərir: “Şəxsi gündəlik ehtiyacım üçün ayırdığım pulu kontur yükləyib zəng etdim, amma operator hər dəfə standart cavab verərək məsuliyyətdən yayınmağa çalışdı. ‘Bilmirik, ən qısa zamanda çatdırılacaq’ dedilər və telefonu üzümə bağladılar”.

Şikayətçi hesab edir ki, bu cür kobud və laqeyd münasibət kargo sektorunda yolverilməzdir. O, bağlamasını hələ də ala bilmədiyini, məhsulun isə ya itirildiyini, ya da mənimsənildiyini düşünür.

Vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını və müvafiq tədbirlər görülməsini tələb edir.

AzPost.az

Post navigation

Previous: İtaliyada sahilə çıxan ölü siçovullar turistləri çimərlikdən qaçırdı
Next: Rusiya sülhməramlılarının bölgədən çıxması sülh prosesinə əlavə təkan verdi –

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Azərbaycanda dəmir yollarının 63 faizi elektrikləşdirilib. Bu göstərici Avropa İttifaqında dəmir yolu şəbəkəsinin orta elektrikləşdirilmə səviyyəsi kimi...
Read more about Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.