“Özəl sektor hazır kadrları istəyir” –DİM sədri

Sektor və ya şöbə müdirləri müəyyən mərhələyə çatanda, eləcə də kifayət qədər təcrübə topladıqdan sonra dövlət qulluğundan çıxıb özəl sektora keçir.

Bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

M.Abbaszadə DİM-dən nümunə gətirərək bu il iki şöbə müdirinin özəl sektora keçdiyini diqqətə çatdırıb:

“Bu da təbii ki dövlət qulluğunda alınan əməkhaqqı ilə müqayisədə yüksək məbləğlə əlaqəlidir. Özəl sektor artıq dövlət qurumlarında çalışan püxtələşmiş mütəxəssisləri işə cəlb etməyə qadirdir. Bəlkə də bu kimi addımların nəticəsində gənclərin dövlət qulluğuna müraciəti azalacaq. Özəl sektor hazır kadrları istəyir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.