“Müvəqqəti atəşkəsin qüvvəyə minməsindən sonra da Ermənistanın hücumu davam edir” –HİKMƏT HACIYEV

“Ermənistanın təcavüzü davam etməkdədir”.

Bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Hacıyev deyib ki, Moskvada qəbul edilmiş bəyanatdan sonra humanitar əsaslı müvəqqəti atəşkəs elan olunub: “Ancaq bu gün müvəqqəti atəşkəsin qüvvəyə minməsindən sonra da Ermənistanın Azərbaycanın mövqelərinə və mülki şəxslərə hücumu davam edir. Bu da Ermənistanın riyakarlığını göstərir. Azərbaycan Silahlı Qüvvələri də təxribatlara cavab verir. Beynəlxalq ictimaiyyət Ermənistanın riyakar siyasətini bir daha görməkdədir”.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir