Azərbaycanda son sutkada 233 nəfər COVID-19-a yoluxub –106 nəfər sağalıb, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 233 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 41752 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39235 nəfər müalicə olunaraq sağalıb, 608 nəfər vəfat edib, aktiv xəstə sayı 1909 nəfərdir.

Ölkədə son sutka ərzində 7594, hazırkı dövrədək isə 1169656 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Hərbi uğurlarımız və bizə olan beynəlxalq dəstək yeni imkanlar yaradır” –

Sonrakı məqalə

“Müvəqqəti atəşkəsin qüvvəyə minməsindən sonra da Ermənistanın hücumu davam edir” –