Rusiyaya qayıdan müxalifət lideri Navalnıy hava limanında həbs edilib

17 Yanvar 2021 - 21:54

Aleksey Navalnıy “Şeremetyvo” hava limanının pasport-nəzarət məntəqəsində saxlanılıb.

Federal Miqrasiya Xidməti məlumatı təsdiq edib. Onun barəsində məhkəmə qərar verəcək. Buna qədər Navalnıy nəzarətdə saxlanacaq.

***

Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnıy Almaniyadan Rusiyaya geri dönüb. 

Azpost.info bildirir ki, içərisində Navalnıy və həyat yoldaşı olan təyyarə Vnukovo hava limanına enib. Bundan əvvəl təyyarənin “Şeremetyvo” hava limanına enməsinə imkan verilməyib.

“Pobeda” aviaşirkətinə məxsus təyyarə reysi ilə qayıdan Navalnıyı hava limanında çoxsaylı tərəfdarları qarşılayıb. Polis hava limanında onun tərəfdarlarını saxlayıb.

Qeyd edək ki, A.Navalnıy yanvarın 17-də Rusiyaya qayıdacağını bəyan etmişdi. Bundan sonra məlum olub ki, müxalifətçi Rusiyada axtarışa verilib.

Ötən ilin avqustunda Omskda olarkən zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdirilən Navalnıy daha sonra çarter reysi ilə Almaniyaya aparılıb. Navalnı xüsusi xidmət tərəfindən zəhərləndiyini bəyan edib.

Rəsmi Moskva bu iddianı rədd edib.