“Müxalifətin, yeni simaların namizədliyinin qeydə alınmasından məmnunuq” –ABŞ Səfiri seçkidən danışdı

“ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.

Səfir deyib ki, fərqli spektrləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədin, gənclərin və qadınların, həmçinin yeni simaların deputatlığa namizədliyinin qeydə alınmasını görməkdən məmnundurlar: “Seçkiqabağı təşviqat kampaniyası yeni başlayır. Biz şadıq ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib. Beynəlxalq müşahidəçilərin müşahidə aparmasını da izləyəcək, seçki prosesi ilə bağlı rəyimizi bildirəcəyik”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Heydər Əliyev prospektində sürət həddi dəyişdirildi –

Sonrakı məqalə

Amnesty International İsrailə qarşı iddia qaldırıb –