Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Məktəblilər üçün bullinqə qarşı maarifləndirici təlim keçirilib

User 27 Oktyabr 2025 - 07:00 (Last updated: 27 Oktyabr 2025 - 20:01)
uf01

“Üfüq Xeyriyyə” Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” layihəsini həyata keçirir.

Layihənin məqsədi bullinqə məruz qalan və məruz qalma təhlükəsi ilə üzləşən, şagird davranış qaydalarına əməl etməyən uşaqlar arasında maarrifləndirmə işlərinin aparılması, onların psixoloji vəziyyətlərinin qiymətləndirilməsi, öz hüquqlarını müdafiə etmələrini təmin etmək üçün hüquqi, sosial və psixoloji istiqamətlər üzrə ictimai vəkilliyin aparılmasıdır.  23 oktyabr 2025-ci il tarixində baş tutan təlimdə layihə rəhbəri Nuriyyə Abbasova çıxışında layihənin əsas məqsədi və bullinq mövzusunun aktuallığından bəhs etmişdir.

Təlim Xırdalan şəhərində yerləşən 1 saylı məktəbdə həyata keçirilmiş və 25-dən çox məktəbli cəlb edilmişdir. Təlimçi Sara Ağayeva tərəfindən  “Bullinq nədir?” adlı  maarifləndirici və praktiki təlim keçirilmiş, təlimdə bullinq haqqında ümumi məlumat verilmiş, təlim zamanı məktəblilər arasında keçirilən praktiki oyunlar sayəsində “Bullinqi necə tanımaq olar?, “Bu halla qarşılaşarlarsa necə öhdəsindən gələ bilərlər?” kimi sualların cavabları onlara aşılanmışdır.

Təlimin növbəti sessiyasında psixoloq Aytac Hətəmli bullinqə məruz qalma hallarını aşkara çıxarmaq məqsədilə “Kaktus” modeli adlı qrup terapiyası keçirmişdir. Bu terapiyanın məqsədi uşaqların həm zoralığa, həm də bullinqə məruz qalma hallarını müəyyən etmək olmuşdur.

Daha sonra sosial işçi Günel Baxışova və hüquqşünas Qəmərcan Xasayzadə tərəfindən 15 məktəblinin sosial və hüquqi qiymətləndirilməsi aparılmışdır.

AzPost.az

Post navigation

Previous: Əkrəm İmamoğlu casusluq ittihamı ilə bağlı ifadə verib
Next: “Qəhrəman şəhidlərimiz” kitabının təqdimatı olub

Oxşar xəbərlər

rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00

xƏBƏR

xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. Bu barədə aparıcı Elgiz Əkbər məlumat yayıb. O bildirib ki,...
Read more about AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır asteroid zerbe
  • Maraqlı

Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır

User 25 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.