“Nə qədər davam gətirə biləcəyimiz barədə düşünmürük” –ZELENSKİ

Müharibədə nə qədər davam gətirəcəyimiz barədə düşünmürük, Ukrayna xalqı sona qədər mübarizə aparacaq”.

Azpost.info bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Röyter və CNN-ə verdiyi müsahibədə bildirib.

Zelenskinin jurnalistlərin “Ukrayna daha nə qədər Rusiya təcavüzünə davam gətirə biləcək?” sualının cavabı belə olub: “Biz bilmirik. Bu barədə heç düşünmürük. Bu fəlsəfi sualdır. Mühüm deyil. Bu tamamilə doğru deyil. Biz davam gətirmirik, biz mübarizə aparırıq. Millət isə sona qədər mübarizə aparacaq. Vəssalam. “Rəhbərlik nə qədər davam gətirə biləcək?” sualı isə bizə aid deyil”.

Zelenski deyib ki, onlar öz evlərini və övladlarını müdafiə edirlər və bunu səmimi qəlbdən edirlər.

Prezident müharibənin uzun müddət davam etməyəcəyinə ümid etdiyini deyib: “Ümid edirəm ki, bu uzun zaman sürməyəcək. Dünya artıq başa düşür ki, nə qədər ki, onunla danışmaq istəyən var, Rusiya prezidentini danışıqlar stolu arxasında oturtmaq lazımdır. Ona görə, hesab etmirəm ki, bu uzun çəksin. Nə vaxt olacağını isə deyə bilmərəm. Bu pulla ölçülmür, təəssüf ki, insanlardır. İnsanlar isə puldan fərqli olaraq çox deyillər”-deyə Zelenski Ukrayna əhalisini mühafizə etmək istədiyini vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Putin Ukraynaya hucum etsə dünya müharibəsi olacaq” –

Sonrakı məqalə

Rusiya Ukraynanın desant bazasını qanadlı raketlə vurdu –