“Putin Ukraynaya hucum etsə dünya müharibəsi olacaq” –Vəfa Quluzadə 8 il əvvəl bu gün üçün hansı proqnozu verib? (VİDEO)

İnternetdə Azərbaycan prezidenti, mərhum Heydər Əliyevin sabiq müşaviri Vəfa Quluzadənin 2014-cü ildə Rusiyanın Krımın işğalı ilə bağlı verdiyi şərh yayımlanıb. 

Azpost.info bildirir ki, V.Quluzadə “Amerikanın Səsi” radiosuna verdiyi müsahibədə Rusiya-Ukrayna münasibətərinin gələcək perspektivini şərh edir.

“Əgər Putin Ukraynaya qarşı hərbi əməliyyata başlasa bu Hitlerin Polşaya qarşı apardığı əməliyyata oxşar olacaq. Bu addım dünya müharibəsi yaratdı. Həmin şey Ukraynada da baş verə bilər. Ona görə NATO bu cür hucuma cavabsız qalmaz. Putin də bunu bilir“-deyə V. Quluzadə deyir.

Politoloqun təhlili bu gün baş verən müharibənin fonunda aktualdır.

Videonu təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyadan 10 min dollardan çox nağd pulun çıxarılması qadağan edildi –

Sonrakı məqalə

“Nə qədər davam gətirə biləcəyimiz barədə düşünmürük” –