Nabranda avtomobil 2 piyadanı vurub, biri ölüb

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə rayonun İstisu qəsəbəsində baş verib.

Yolu keçmək istəyən Xaçmaz şəhəri sakini, 1961-ci il təvəllüdlü Nurməhəmməd Sabir oğlu Seyidəliyev avtomobil zərbəsi nəticəsində hadisə yerində dünyasını dəyişib. Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü İbrahim Arif oğlu Şahbazov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lənkərançayda batan şəxsin meyiti çıxarılıb –

Sonrakı məqalə

Azərbaycanda süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı açıqlandı – RƏSMİ