Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Nar” beynəlxalq mükafata layiq görüldü

User 14 Sentyabr 2023 - 11:02 (Last updated: 21 May 2025 - 20:15)
Nar_IPRA_sep_2023_AZE

“Nar”ın sosial layihəsi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən “Korporativ məsuliyyət” istiqamətində ən uğurlu layihə olaraq “Qızıl Dünya Mükafatı”na layiq görüldü.

“Nar”ın mükafata layiq görülən layihəsi – “Azərbaycan işarə dilində ilk elektron lüğəti – jestdili.az” 30 mindən çox nitq və eşitmə məhdudiyyətli soydaşımızın ana dilində jest dilini öyrənmək imkanı yaradır. Elektron lüğətdə 5000-dən çox sözün foto və video təsvirləri toplanıb. Jestdili.az resursundan istifadə etməklə nitq və eşitmə məhudiyyətli şəxslər və onların yaxınları heç yerə getmədən və müəllim olmadan, onlayn qaydada jest dilini öyrənə bilir.

Qeyd edək ki, Qızıl Dünya Mükafatının (GWA – Golden World Award) bu il 200-dən çox finalçısı seçilib və layihələr 39 nəfərlik beynəlxalq səviyyəli peşəkar münsiflər heyəti tərəfindən dəyərləndirilib. “Nar” ilə yanaşı, qaliblər arasında Türk Telecom, Shell, Toyota, SOCAR Türkiye, Hyundai, MasterCard kimi dünya miqyaslı şirkətlərin layihələri müxtəlif nominasiyalar üzrə yer alıb. “Nar” yüzlərlə şirkətlərin içərisindən qalib seçilərək bu mükafata layiq görülən ilk Azərbaycan şirkəti oldu.

“Nar”ın Korporativ Ünsiyyət departamentinin direktoru Əziz Axundov ictimaiyyətlə əlaqələr sahəsi üzrə ən nüfuzlu mükafatın Azərbaycanı təmsil edən şirkət tərəfindən qazanılmasından qürur duyduğunu bildirib: “Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün həyata keçirdiyimiz sosial layihələrimiz onların həyatlarının müsbətə doğru dəyişməsi və inklüziv cəmiyyət yaratmağımız baxımından xüsusi əhəmiyyət kəsb edir. Həyata keçirdiyimiz təşəbbüslərin beynəlxalq səviyyədə tanınması və mükafata layiq görülməsi bizim doğru yolda olduğumuzu göstərir.”

Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA, International Public Relations Assosication) 1955-ci ildə bu sahənin peşəkarlarını birləşdirən qlobal əməkdaşlıq platforması kimi təsis edilib. Assosasiya 1983-cü ildən BMT və alt qurumları ilə sıx əməkdaşlıq edir və layihələri qiymətləndirərkən BMT-nin Davamlı İnkişaf Hədəflərini də (SDG – Sustainable Development Goals) əsas götürür.

“Nar” BMT Qlobal Sazişinə qoşulmuş ilk Azərbaycan şirkəti olaraq, sosial məsuliyyət strategiyasını bu hədəflərə uyğun olaraq qurur. Jest dili layihəsi də BMT-nin inklüziv təhsil hədəfinə uyğun olaraq həyata keçirilib. Layihə “Karlara Dəstək” və “Regional İnkişaf” ictimai birlikləri ilə tərəfdaşlıq nəticəsində ərsəyə gəlib.

“Nar”ın həyata keçirdiyi bütün sosial layihələr haqqında məlumatı nar.az/projects səhifəsindən əldə etmək olar.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

Post navigation

Previous: Azərbaycan Ermənistan Xarici İşlər Nazirliyinə cavab verib
Next: Təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.