Nardaranda əməliyyat keçirildi, silah-sursat götürüldü

- DİN
06 May 2020 - 12:15

Bakı sakinində silah aşkarlanıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları keçiriblər.

Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş C.Axundovun Nardaran qəsəbəsindəki evinin həyətindən “MINTA-37 M” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.