Moldova Prezidenti Maya Sandu ölkənin Baş naziri vəzifəsinə namizədini ictimaiyyətə açıqlayıb.
Azpost.info bildirir ki, bu barədə Moldova mediası məlumat yayıb. Maya Sandu bu gün keçirilən brifinqdə Moldovanın Baş naziri vəzifəsinə Natalya Qavrilitsanın namizədliyini irəli sürdüyünü bəyan edib.
“İrəli sürdüyüm namizədə tam etibarım var”, – deyə Sandu əlavə edib.
Qeyd edək ki, Natalya Qavrilitsa Moldova Prezidentinin seçildiyi “Hərəkət və həmrəylik” partiyasının sədr müavinidir, əvvəllər nazir vəzifəsində çalışıb.