NATO Baş katibi Yens Stoltenberq İsrailin Qəzzada “World Central Kitchen” humanitar təşkilatının işçilərinin ölümünə səbəb olan zərbələrini pisləyib.
Azpost.info xəbər verir ki, o, bu barədə Alyans ölkələrinin xarici işlər orqanları rəhbərlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Hazırda Qəzzada gördüklərimiz humanitar fəlakətdir. Əzab-əziyyət, mülki vətəndaşların öldürüldüyünü görürük. Həmçinin humanitar işçilərə hücum görürük. Mən bu hücumu qınayıram”, – Baş katib deyib.
Azpost.info