“NATO bizə “atdı” –

PUTİN

“Rusiyanın prinsipial narahatlıqlarına məhəl qoyulmayıb. Biz irəli sürdüyümüz üç əsas tələbimizin adekvat şəkildə nəzərə alındığını görmədik”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Macarıstanın baş naziri ilə keçirdiyi mətbuat konfransında ABŞ-ın geopolitik təhlükəsizliklə bağlı Moskvanın təkliflərinə cavabını şərh edərkən bildirib.

Putinin sözlərinə görə, bura NATO-nun genişlənməyəcəyinə dair öhdəlik, sərhədlər yaxınlığında zərbə raketlərinin yerləşdirilməsindən imtina və Alyansın 1997-ci il vəziyyətinə qaytarılması daxildir.

Putin qeyd edib ki, NATO SSRİ-nin süquqtundan Şərqə doğru irəliləməyəcəyinə dair vəd verib. Amma bu gün Pribaltika, Polşa, Rumıniya NATO-ya daxildir: “Bir söz dedilər, başqa şey elədilər. Xalq arasında deyildiyi kimi bizə “atdılar”-prezident vurğulayıb.

Putin bildirib ki, NATO-nun sənədlərində heç bir yerdə “açıq qapılar” barədə söz açılmır: “Deyirlər: “Açıq qapılar”.Hardan götürüblər bunu? Harda yazılıb? Heç yerdə. 1949-cu ildə imzalanmış sazişdə yazılıb ki, NATO üzvlərinin razılığı ilə digər Avropa ölkəsini üzv qəbul edə bilər. Edə blər, amma buna məcbur deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir