NATO müdafiə nazirləri Ukrayna üçün bir araya gələcək

NATO-nun Hərbi Komitəsi Alyansa üzv ölkələrin müdafiə nazirləri səviyyəsində mayın 16-da Brüsseldə toplaşacaq və görüş zamanı xüsusilə Ukraynaya dəstək məsələsini müzakirə edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.

“İlk örüşdə müdafiə nazirləri Ukrayna-NATO Şurası formatında bir araya gələrək Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini, ərazidəki vəziyyəti, NATO və müttəfiqlərinin Kiyevə gələcək dəstəyini müzakirə edəcəklər”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.