“NATO müttəfiqlərini Moskvadan gələn təhlükədən qorumağa hazırdır” –

Baş katib Stoltenberq
07 İyun 2021 - 08:16

“Belarus Qərb tərəfindən təcrid edilməsinin ardınca Rusiyadan daha asılı olmağa başlayır”.

Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq iyunun altısında dərc olunan “Welt am Sonntag”-a verdiyi müsahibədə söyləyib. Müsahibə Birləşmiş Krallıqda keçiriləcək illik NATO sammitindən bir həftə öncəyə təsadüf edib.

Stoltenberq qəzetə müsahibəsində deyib ki, NATO Belarusda baş verənləri çox yaxından izləyir.  O həmçinin Minsklə Moskva arasında əlaqələrin dərinləşməsi ilə bağlı narahatlığını dilə gətirib.

Stoltenberq deyib ki, ittifaq hər bir müttəfiqini Minsk və Moskvadan gələn hər hansı təhlükədən qorumağa və müdafiə etməyə hazırdır.

O həmçinin deyib ki, NATO-nun Belarusla əməkdaşlıq razılığının miqyası Lukaşenkonun avqustun 9-da keçirilən və onların iddia etdiyinə görə, avtoritar idarəçinin xeyrinə saxtalaşdırılan seçkidən sonra etirazçılara qarşı təqibləri artırmasından sonra əhəmiyyətli dərəcədə azaldılıb.

Bununla yanaşı Stoltenberq deyib ki, NATO Kremlə qarşı çəkindirmənin və ortaq narahtlıq doğuran silahlaral nəzarət kimi məsələlərdə dialoqun daxil olduğu iki-tərəfli yanaşmasını davam etdirir: “Əgər biz bir-birimizlə danışmasaq, heç birimiz nə mübahisələrimizi həll edə nə də qarşılıqlı anlaşmanı yaxşılaşdıra bilərik,” -o deyib.

NATO sammitinn zamanı əsas müzakirə mövzusu Rusiya və Belarus olacaq. NATO sammitinin ardınca iyunun 11-13 arasında Böyük Yeddilərin liderlərinin üç günlük görüşü keçiriləcək.