Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

NATO nümayəndə heyəti ilə görüş keçirilib

Orkhan Ali 25 Noyabr 2024 - 19:33 (Last updated: 21 May 2025 - 20:15)
zzz

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş Katibinin əməliyyatlar üzrə köməkçisinin müavini xanım Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev NATO nümayəndə heyəti ilə görüşüb.

Görüşdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb.

Həmçinin Azərbaycan Ordusu tərəfindən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş müxtəlif qoşun növləri bölmələrinin hazırlığı, Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası çərçivəsində Alyansın müxtəlif qərargah və strukturlarında xidmət edən hərbi qulluqçularımızın töhfələri barədə müzakirələr aparılıb.

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı cənab Cəfər Hüseynzadənin də iştirak etdiyi görüş zamanı ölkəmizin NATO-nun etibarlı tərəfdaşı olduğu xüsusi vurğulanıb və əməkdaşlığın gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Post navigation

Previous: Azərbaycan-Türkiyə sərhəd-keçid məntəqəsində yaranan sıxlığın səbəbi
Next: Moskva–Şarja reysini yerinə yetirən təyyarə Bakı hava limanına məcburi eniş edib

Oxşar xəbərlər

ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
ilham vyet prez
  • Siyasət

Prezidentlər geniş tərkibdə görüşdü

User 21 Noyabr 2026 - 12:27
ilham vyetnam
  • Siyasət

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul edib

User 21 Noyabr 2026 - 10:42

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.