NATO-nun Ali Komandanı və Rusiya ordusunun Baş Qərargah rəisi Bakıda görüşdü –FOTO

Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters arasında görüş keçirilib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüşdə böhranlı regionlardakı vəziyyət və strateji sabitlik barəsində fikir mübadiləsi aparılıb.

Bundan başqa, tərəflər arasında hərbi fəaliyyət zamanı baş verə biləcək insidentlərin hərbçilərin xətti ilə qarşısının alınması üçün addımlar müzakirə olunub. 

1 / 6

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Binaların altındakı dayanacaqlar sakinlərin ümumi əmlakı sayılırmı?

Sonrakı məqalə

Asim Mollazadə Rusiya telekanallarının əməkdaşları ilə görüşdü –