NATO-nun Baş katibi Makrona Ukrayna ilə bağlı məsləhətləşməyi tövsiyə edib

NATO-nun Baş katibi Yens Stoltenberq Fransa Prezidenti Emmanuel Makrona Ukrayna ilə bağlı müzakirələr fonunda başqa ölkələrə qoşun göndərilməsi ilə bağlı bəyanatlar verməzdən əvvəl müttəfiqləri ilə məsləhətləşməyi tövsiyə edib.

Bu barədə “The Guardian” yazıb.

Stoltenberq təsdiqləyib ki, NATO-nun Ukraynaya qoşun göndərmək planı yoxdur.

Baş katibdən Makronun səhv edib-etmədiyini soruşduqda, o, belə cavab verib: “Düşünürəm ki, bizim məsləhətləşmələrimiz və mühüm mövzulara ümumi yanaşmamız vacibdir”.

Qeyd edək ki, ötən ayın sonunda Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalının istisna edilmədiyini bildirib. O, daha sonra ifadəsinə düzəliş edərək deyib ki, “bir şeyi istisna etməmək onu etməklə eyni deyil”.

Əvvəlki məqalə

Fransanın dövlət qurumlarına kütləvi haker hücumu olub

Sonrakı məqalə

ABŞ nüvə silahlarının modernləşdirilməsinə 19 milyard dollar ayıracaq