NATO-nun keçmiş Baş katibi Tayvanda rəsmi səfərdədir

NATO-nun keçmiş Baş katibi Andres Foq Rasmussen Tayvanda rəsmi səfərdədir.

Azpost.info xəbər verir ki, o, mübahisəli adaya “Demokratiyalar alyansı”nın təsisçisi kimi gedib.

“Mən Tayvana sizin gələcəyinizlə bağlı qərar vermək hüququnuza dəstəyimi göstərmək üçün gəlmişəm. Sizin azadlıq və sülh içində yaşamaq hüququnuzu dəstəkləmək üçün buradayam”, – Rasmussen bildirib.

Rasmussen səfər zamanı Tayvanın rəhbəri Tsay İnvenlə görüşüb. Keçmiş Baş katibin daha bir neçə görüş üçün yanvarın 5-dək Taybeydə qalacağı gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Putin Kiyevi işğal etmək üçün 3-cü ordusunu yaradır…” –