Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Putin Kiyevi işğal etmək üçün 3-cü ordusunu yaradır…” –

User 04 Yanvar 2023 - 14:34 (Last updated: 21 May 2025 - 20:15)
putin

“Putin yeni ordusunu formalaşdırdıqdan sonra Kiyevi işğal etməyə ikinci dəfə cəhd edəcək”.

Azpost.info bildirir ki, bu sözləri haqqın.az saytına açıqlamasında məşhur rus-amerikalı politoloq, tarixçi və publisist Yuri Felştinski deyib.

Onun sözlərinə görə, Rusiya ordusunun Ukrayna cəbhəsində hazrkı vəziyyətini doğru qiymətləndirməmək düzgün olmazdı: “Diqqət edin, Ukrayna döyüş meydanında qələbə qazansa da rus ordusunu Donbass və Krımdan vurub çıxara bilmir. Ona görə ki, Rusiya HHQ-i Ukraynaya öz ərazisindən və Belarus hava məkanından hucum edir. Ukraynanın top və raket sistemi rəqibin mövqelərinə çata bilmir. Qərb müttəfiqləri Kiyevə silah verərkən rus və belarus ərazilərinə atəş açmamağı əsas şərt kimi qoyurlar. Ona görə də, Rusiya ordusu Ukrayanda obyektlərə zərbə vura və ələkeçməz qala bilir”.

“Bu şərtlər daxilində müharibə mövqe xaraketri daşıyacaq”-deyən politoloqun fikrincə, Putin hesab edir ki, vaxt Rusiyaya işləyir:  “Hələlik Moskva havadan Ukraynanın infrastrukturunu dağıdır, özü isə canlı qüvvə və texnika itirir. Nə qədər canlı qüvvə və texnika itirəcəyi Kremlin vecinə deyil. Rusiyanın səfərbərlik resurları qeyri-məhduddur. Səfərbərlikdə müəyyən problemlər olsa da bu yeni hucum ordusunun qurulması planına təsir etmir. Bu yeni ordunu formalaşdırandan sonra Putin Kiyevə və Xarkova doğru hərəkət edəcək”.

ABŞ-ın verdiyi “Patriot” raketlərinə gəlincə, ekspert hesab edir ki, bu raketlər güclü müdafiə silahı olsa da onu İran dronlarına qarşı istifadəsi topla sərçələrə atəş açmaq kimidir: “Ola bilsin hərbi əməliyyatların hansısa vaxtinda “Patriotlar” gərək olacaq, amma Ukraynaya səmanı indi və bu saat bağlamaq çox vacibdir”.

Onun sözlərinə görə, Qərbin Ukraynaya Belarus və Rusiya ərazisinə zərbə endirməyə hüquq verəcək qərar qəbul etməsi müharibənin əsas sualıdır. Bu qərar olmadan digər bütün məsələlər havadan asılı qalacaq.

Ekspert deyib ki, Ukrayna ordusu əvvəlki kimi müdafiə silahları alır.

“Putin artıq bütün “qırmızı xətləri” keçib. Bircəsi qalıb- taktiki nüvə silahnı tətbiq etmək. Qərb siyasətçiləri hadisələrin bu gedişindən çox qorxurlar. Onlar yaxşı başa düşürlər ki, Rusiyanın nüvə silahı atması dünyanı əsaslı şəkildə dəyişdirəcək. Odur ki, Qərb var gücü ilə “nüvə ssenarisindən” qaçmağa çalışır”. 

Ekspertin sözlərinə görə, ABŞ və Avropa İttifaqı anlayırlar ki, əgər Ukraynada Rusiyanın qarşısını ala bilməsələr Moldova, Baltikaynı ölkələr və digərləri qurbana çevriləcəklər.  “Odur ki, Putinin Qərbin nüvə müharibəsi qorxusuna hesablanmış siyasəti özünü hələlik dorğuldur”. 

“Hazırda Rusiya prezidenti özünün üçüncü hucum ordusunu formalaşdırır. İlk ordusunu 24 fevral 2022-ci ildə Ukryanaya müdaxilə ilə qoruya bilmədi. Həmin ordu Kiyev əməliyyatında darmadağın edildi. Səfərbərliklə yığılan ikinci ordu da 21 sentyabr 2022-ci ildə qaçıb dağılışdı. Hazırda Putin 3-cü ordunu formalaşdırır. Onu quran kimi yenidən Kiyev və Xarkova doğru irəliləyəcək. Putinin Ukrayna ilə kifayətlənəcəyi yaxud Baltik ölkələrinə doğru gedəcəyi sualı açıq qalır“-deyə ekspert vurğulayıb.

Felştinskinin sözlərinə görə, Rusiyanın kifayət qədər silahı var. “Rusiya ABŞ-dan sonra silah istehsalına görə dünyada ikinci yeri tutur”.

“Geniş mənada müharibənin Rusiya, Belarus və Ukrayna sərhədləri ilə məhdudlaşması Qərbi qane edir. Putinin isə bu vəziyyətdən istifadə etdiyi və gələcəkdə də edəcəyi şübhə doğrumur”-deyə politoloq bildirib.

Azpost.info  

 

Post navigation

Previous: NATO-nun keçmiş Baş katibi Tayvanda rəsmi səfərdədir
Next: “Qarabağa getdik…Niyə getdik?” –

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.