“NATO Rusiya sərhədləri boyunca hərbi potensialını gücləndirir” –PATRUŞEV

“ABŞ və NATO-nun planlarına Ukraynanı və ya ən azı onun bir hissəsini tamamilə onların nəzarətində olan, anti-Rusiya ərazisi kimi saxlamaq daxildir. Bu baxımdan, Ukraynanın demilitarizasiyası vəzifələri aktual olaraq qalır”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik katibi Nikolay Patruşev “Arqumenti i faktı” qəzetinə bildirib.

Onun sözlərinə görə, NATO Barentsdən Qara dənizə qədər Rusiya sərhədləri boyunca sistemli şəkildə hərbi potensialını gücləndirir: “Blok ölkələrinin liderlərinin çıxışlarında və sənədlərdə hətta Şərqi Avropanın Rusiya və müttəfiq Belarusla həmsərhəd olan bütün ölkələri, Rumıniya və son vaxtlar İsveç və Finlandiyanı da əhatə edən “NATO-nun Şərq cinahı” ifadəsi də yer alır”.

Patruşev deyib ki, NATO-nun rəhbərliyi gizlətmir ki, SSRİ-nin dağılmasından bəri hazırda Avropada keçirilən ən böyük hərbi manevrlər məhz Rusiyanın qarşısını almaq məqsədi daşıyır: “Təkcə ötən il NATO və ona üzv ölkələr 130 koalisiya və 1 mindən çox hərbi təlim keçirib. Qeyd edək ki, onillik ərzində deyil, bir il ərzində – 2023-cü ildə keçirilib”.

Əvvəlki məqalə

“NATO Ukraynadakı münaqişənin tərəfinə çevrilib” –

Sonrakı məqalə

İstanbulda terror törətmək istəyən Tacikistan və Qırğızıstan vətəndaşları saxlanılıb