“NATO-nun qapıları yeni üzvlər üçün açıqdır”.
Azpost.info xəbər verir ki, bunu Osloda Alyans ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl Almaniya xarici işlər naziri Annalena Berbok bildirib.
Nazir qeyd edib ki, bu, ilk növbədə, İsveçə, eləcə də Ukraynaya aiddir.
“Eyni zamanda, aydındır ki, biz müharibənin qızğın vaxtında yeni üzvlük haqqında danışa bilmərik”, – Berbok Kiyevi nəzərdə tutaraq əlavə edib.
Azpost.info
