“NATO-nun yeni strateji konsepsiyasında ilk dəfə olaraq əsas missiya “Alyansın müttəfiqlərinin suverenliyinin və ərazi bütövlüyünün qorunması” adlandırılacaq.
Azpost.info xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti yazıb.
Strategiya 10 ili əhatə edir və onun NATO-nun iyunun 28-30-da Madriddə keçiriləcək sammitində qəbul ediləcəyi gözlənilir. Sənədə əsasən, NATO ölkələrinin kollektiv müdafiəsi altında olan ərazi Avro-Atlantik məkan, Şimali Amerika, Türkiyənin Asiya hissəsi, həmçinin Xərçəng Tropikinin şimalındakı adalarla məhdudlaşır.
Saziş Şimali Afrikadakı suveren İspaniya əraziləri olan Seuta və Melillaya şamil edilməyib.
Yeni strateji konsepsiya NATO-nun öz ərazisinin hər qarışını müdafiə etməyi öhdəsinə götürdüyü üçün sənəddə məlum dəyişiklik edilib.
Qəzet onu da yazıb ki, sammitdən sonra NATO ölkələri alyansın Şərq blokunda qoşunların formalaşmasını demək olar ki, iki dəfə artıra bilər. Bu da “soyuq müharibə” bitdikdən sonra ən böyük qüvvə yerləşdirməsi olacaq. Bundan başqa, alyansa üzv ölkələr öz strateji konsepsiyasında Rusiyanı birbaşa təhlükə adlandıracaqlar. Bu qərar Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda veriləcək.
Azpost.info
