NATO-nun sammitində Ukraynaya çoxillik dəstək paketi təsdiqlənəcək

NATO-nun iylun 11-12-də Vilnüsdə keçiriləcək sammitində Ukraynaya çoxillik dəstək paketi təsdiqlənəcək.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında bildirib.

Stoltenberqin sözlərinə görə, hazırda onlar Ukrayna ilə bağlı təkliflər üzrə danışıqlar prosesindədirlər. O qeyd edib ki, qəbul edilən qərarlar Ukraynanı daha da gücləndirəcək və onu alyansa yaxınlaşdıracaq.

Stoltenberq əlavə edib ki, çoxillik yardım planı Ukrayna Silahlı Qüvvələrinin NATO-ya tam uyğunluğunu təmin etmək üçün yaradılıb: “Biz siyasi əlaqələri təzələyəcəyik, NATO-Ukrayna Şurası yaranacaq, liderlərimiz Ukraynanın NATO-ya üzv olacağını təsdiqləyəcək”.

Stoltenberq deyib ki, NATO-Ukrayna Şurası müttəfiqlərin – 31 dövlətin və Ukraynanın razılaşmaları müzakirə edə biləcəyi, eləcə də istənilən problemlə bağlı ayrıca komitələr yarada biləcəyi platforma olacaq.
Müzakirə olunan məsələlərlə bağlı yekun qərarı Şura verəcək.

Qeyd edək ki, sammitdə Ukrayna prezidenti Vladimir Zelenski iştirak edəcək.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirləri davam etdirəcək

Sonrakı məqalə

Xəstəxanada ölən 11 yaşlı qızla bağlı bəzi təfərrüatlar məlum olub