Çərşənbə günü Şimali Atlantika Şurası Niderlandın baş naziri Mark Ruttenin NATO-nun növbəti baş katibi vəzifəsinə təsdiq edilməsinə razılıq verib.
Azpost.info bildirir ki, bu barədə NATO-nun yaydığı bəyanatda deyilir.
“Rutte, 2024-cü il oktyabrın 1-dən, Stoltenberqin səlahiyyət müddəti bitdikdən sonra baş katib vəzifəsini yerinə yetirəcək”, – deyə məlumatda bildirilir.