NATO Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı bəyanat yaydı

NATO Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıb.

Bu barədə NATO-nun saytında məluat verilib.

“Şimali Atlantika Şurası siyasi məqsədlər üçün Polşa, Litva və Latviyaya qarşı yönəlmiş hibrid hücumların bir hissəsi kimi Belarus tərəfindən süni şəkildə yaradılmış qeyri-qanuni miqrasiyanın davamlı alətə çevrilməsini qətiyyətlə pisləyir.

Bu qəddar davranışlar həssas insanların həyatını təhlükə altına qoyur. NATO Polşa, Litva, Latviya və təsirə məruz qalan digər müttəfiq dövlətlərlə həmrəydir. Vacib beynəlxalq tərəfdaşlarla yaxın koordinasiya tələb edən vəziyyətə cavab olaraq fundamental dəyərlərə və beynəlxalq hüquqa əsaslanan müttəfiqlər tərəfindən fərdi və kollektiv şəkildə atılan addımları dəstəkləyir.

Biz Belarusun Polşa, Litva və Latviya ilə sərhədlərində növbəti eskalasiya və təxribat riskinə qarşı ayıq-sayıq olacağıq və onun Alyansın təhlükəsizliyinə təsirlərini izləməyə davam edəcəyik. NATO müttəfiqləri Belarusu bu hərəkətləri dayandırmağa, insan hüquq və əsas azadlıqlarına hörmət etməyə və beynəlxalq hüquqa riayət etməyə çağırır”, – bəyanatda qeyd olunub.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AZTV Hesablama Palatasının auditinin nəticələri ilə bağlı açıqlama yayıb

Sonrakı məqalə

Rusiyada koronavirusa qarşı peyvənd olunmaq üçün keçid dövrü elan edilib