NATO Rumıniyada Avropadakı ən böyük bazasını tikir- 2,5 milyarda başa gələcək

Rumıniyada Avropanın ən böyük NATO bazasının tikintisinə başlanılıb.

Azpost.info xəbər verir ki, bu barədə “Euronews” telekanalı məlumat yayıb.

10 min hərbçini qəbul edə biləcək baza 2,5 milyard avroya başa gələcək.

Bazanın tikintisi Qara dənizdəki Rumıniya limanının yerləşdiyi Konstansa rayonunda 2800 hektar ərazidə aparılır. Burada uçuş-enmə zolaqları, silah platformaları, hərbi təyyarələr üçün anqarlar, xəstəxana, həmçinin məktəblər, uşaq bağçaları və mağazalar olacaq.

Baza NATO-nun Cənub-Şərqi Avropadakı qoşunlarına komandanlıq və nəzarət mərkəzinə çevriləcək.

Rumıniyalı ekspert Dorin Popesku əmindir ki, bu qərar Ukraynada münaqişənin davam etməsi ilə əlaqədar verilib və bu münaqişə daha bir neçə il davam edəcək.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.