Ukrayna və Gürcüstan gələcəkdə NATO üzvü ola biləcəklər.
Azpost.info bildirir ki, bu barədə NATO-nun Brüsseldə keçirilmiş sammitində qəbul edilmuş yekun bəyanatında qeyd olunub. Bəyanatı alyans üzvü olan ölkələrin dövlət başçıları imzalayıb.
“Biz NATO-nun 2008-ci ildə Ukraynanın alyansa üzvülüyə qəbulla bağlı Budapeştdə qəbul edilmiş qərarıını təsdiq edirik. Ukraynanın öz gələcəyini və xarici siyasət kursunu kənar quvvələrin təsiri olmadan müstəqil şəkildə müəyyən etmək hüququnu dəstəkləyirik”-deyə sənəddə vurğulanıb.
Bəyanatda həmçinin Büdapeşt sammitində Gürcüstanın üzvlüyü ilə bağlı qəbul edilmiş qərar da təsdiq olunub.