“Ukrayna NATO-nun qəbirqazanına çevrilib”- VOLODİN

“Kiyev üç dəfə NATO-nun uğursuzluğunu bütün dünyaya sübut etdi”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin öz “Teleqram” kanalında yazıb.

Volodin bildirib ki, NATO-nun uğursuzluğunu nümayiş etdirən ilk fakt Qara dəniz üzərində Rumıniya qırıcısının raketlə vurulması olub. Daha sonra bunu 120 kiloqramlıq bomba ilə Alyansın üç üzvü olan Rumıniya, Macarıstan, Xorvatiya ərazilərində sərbəst uçan və Zaqrebdə partlayan pilotsuz təyyarə də göstərdi. Üçüncü fakt da Ukrayna raketinin Polşaya düşməsi olub.

Onun sözlərinə görə, Alyansın sonunun başlanğıcı çatıb və Ukrayna onun qəbirqazanına çevrilib: “Bir tankı aşkar edə bilməyib və qarşıya çıxan ilk traktoru məhv edib. Aydındır ki, bu, NATO üçün sonun başlanğıcıdır. Ən maraqlısı odur ki, NATO silahları ilə qidalanan Kiyev rejimi onun qəbirqazanına çevrilib”.

Azpost.info

 

Əvvəlki məqalə

“Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir”

Sonrakı məqalə

Naxçıvan Ali Məclisinin deputatı Nazim Bababəyli vəfat edib