Naxçıvan Ali Məclisinin deputatı Nazim Bababəyli vəfat edib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Nazim Bababəyli vəfat edib.

Azpost.info bildirir ki, coğrafiya üzrə fəlsəfə elmlər doktoru N.Bababəyli 69 yaşında dünyasını dəyişib.

N.S.Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1971–1975-ci illərdə ADPU-nun Coğrafiya fakültəsində təhsil alıb. 1975-ci ildə Azərbaycan SSR EA “Kaspi” məekəzində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. Xarici ölkələrdə Rusiya, Türkiyə, İran, Gürcüstanda beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış edib.

Milli Aerokosmik Agentliyin Naxçıvan şöbəsinin rəisi vəzifəsində çalışıb.

2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olub.

1994-cü ildə Naxçıvan şəhər Məclisinin, 2005-ci ildə III çağırış ,2010-cu ildə IV çağırış,2015-ci ildə V çağırış və 2020-ci ildə VI çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçilib. Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Allah rəhmət eləsin!

Əvvəlki məqalə

“Ukrayna NATO-nun qəbirqazanına çevrilib”

Sonrakı məqalə

“Niyə Avropada ərzaq bizdən xeyli ucuzdur? Camaat bəs nə ilə dolansın?” –