NATO Türkiyədən Kosovoya xüsusi təyinatlı qüvvələr göndərməyi xahiş edib

Türkiyə NATO-nun istəyi əsasında iyunun 4-5-də Kosovoya xüsusi təyinatlılardan ibarət batalyon göndərəcək.

Azpost.info xəbər verir ki, bunu ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

Ankara Balkanlara 65-ci mexanikləşdirilmiş piyada briqadasını göndərməyi planlaşdırır.

Kosovonun şimalında və Metoxiyadakı serb yaşayış məntəqələrində vəziyyətin gərginləşməsi mayın 26-da Kosovo polisinin xüsusi təyinatlı qüvvələrinin bir sıra bələdiyyələrdə inzibati binaları zəbt etməsi ilə başlayıb.

Azpost.info

Əvvəlki məqalə

Hindistanda 300 nəfərin ölümünə səbəb olan qatar qəzasına nə səbəb olub?

Sonrakı məqalə

Azərbaycan taekvondoçusu dünya çempionatında 1/4 finala yüksəlib