NATO Ukrayna ətrafında Rusiyanın hərbi fəaliyyətindən narahatdır

Ukrayna Prezidenti Vladimir Zelenski və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Bu barədə NATO Baş katibi “Twitter”də bildirib.

Telefon danışığı zamanı NATO Baş katibi Ukraynada və onun ətrafında Rusiyanın hərbi fəaliyyətlərindən və davam edən atəşkəs pozuntusundan ciddi narahatlığını ifadə edib.

“NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz yaxın tərəfdaşlığımıza sadiq qalırıq”, – deyə Y. Stoltenberq qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İƏT Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdam Cümə məscidində namaz qılıb –

Sonrakı məqalə

“ABŞ və Qərbin Kiyevin Donbassdakı hərəkətlərinə reaksiyası məyusedicidir” –