Prezident Vladimir Zelenski media üçün açıqlamasında Ukraynanın nüvə silahından imtina qərarını xatırladıb. O, bunun müqabilində adekvat təhlükəsizlik təminatlarının olmamasından narazılığını bildirib.
Azpost.info “RBC-Ukrayna”ya istinadən bildirir ki, dövlət başçısı bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə danışıqlardan sonra jurnalistlərlə görüşündə danışıb.
Zelenski qeyd edib ki, Ukrayna uzun illər əvvəl NATO-ya üzv olmağa ümid edərək bütün nüvə arsenalından imtina edib: “Biz həqiqətən bir anda bütün nüvə silahlarımızdan imtina etdik. Bu, çox illər əvvəl olub. Biz NATO ilə mübadilə etməliydik. Bu mənim fikrimdir. Mən bunu Bayden və Trampla paylaşdım. Ona görə də dedim ki, Ukrayna ilə bağlı ədalətin harada olduğunu başa düşə bilmirəm”, – prezident bildirib.
O, Ukraynanın silahlardan imtina etdiyini, lakin vəd etdiyi təhlükəsizliyi almadığını vurğulayıb: “Biz nüvə silahından imtina etdik. amma NATO-ya götürülmədik. Onlardan soruşdum ki, siz mənə Ukrayna üçün NATO ilə mütənasib olacaq bəzi təhlükəsizlik tədbirləri və zəmanətləri, “təhlükəsizlik çətiri” və ya buna bənzər bir şey deyə bilərsinizmi? Heç kim mənə deyə bilmir. Ona görə də bunlar mənim arqumentlərimdir”, – Zelenski əlavə edib.
Prezident onu da açıqlayıb ki, Ukrayna nüvə silahlarının geri qaytarılmasını tələb etmir. Lakin Rusiyanın təcavüzündən müdafiə oluna bilmək üçün NATO-ya qoşulmalıdır: “Verdik, amma əvəzində heç nə almadıq. Yalnız genişmiqyaslı müharibə və çoxlu itkilərimiz var. Buna görə də bu gün yalnız bir çıxış yolumuz var. NATO-ya ehtiyacımız var. Çünki Putini dayandıra biləcək silahlarımız yoxdur”, – deyə Zelenski yekunlaşdırıb.
Azpost.info