“NATO-ya namizəd ölkə terrorçuların təxribatlarına goz yuma bilməz”- AKAR

“İsveç və Finlandiyanın NATO-ya qoşulmaq üçün müraciətlərinin təsdiqlənməsi onların öhdəliklərini yerinə yetirmələrindən asılıdır”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Nazir xatırladıb ki, NATO-da 70 illik iştirak ərzində Türkiyə həmişə Alyansın “açıq qapılar” siyasətini dəstəkləyib: “Eyni zamanda, ötən ilin iyununda NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində biz İsveç və Finlandiya ilə terror təşkilatlarına dəstəyin rədd edilməsini və müdafiə məhsullarının ixracına qoyulan embarqonun ləğvini nəzərdə tutan üçtərəfli memorandum imzaladıq. Biz iki ölkənin bu istiqamətdə konkret addımlar atmasını gözləyirik. Xüsusən də terrorizmin təzahürlərinə qarşı mübarizə məsələsində”, – nazir bildirib.

Onun sözlərinə görə, NATO-ya namizəd ölkə terrorçu strukturların əlaltılarının təxribatlarına goz yuma bilməz: “PKK/YPG terrorçularının Stokholmdakı tərəfdarlarının hərəkətlərini şiddətlə qınayır və İsveç hakimiyyətini bu istiqamətdə təcili addımlar atmağa çağırırıq”.

Azpost.info

Əvvəlki məqalə

“Yeni münaqişələr, ticarət müharibələri gözlənilir”

Sonrakı məqalə

Bu müəllimlərin saathesabı maaşı artırıldı-