“Yeni münaqişələr, ticarət müharibələri gözlənilir”- Almaniyanın vitse-kansleri

“Qlobal dünya parçalanma prosesindədir, beynəlxalq əməkdaşlıq əvəzinə ayrı-ayrı ölkələrin maraqları ön plana çıxır”.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri Robert Habek bildirib.

“Bir vaxtlar yaşadığımız qlobal dünya getdikcə daha çox ayrı-ayrı ölkələrin fərdi maraqları daxilində parçalanır. Dövlətlər arasında əməkdaşlıq ləngiyir və bunun üçün məsuliyyət daşımalı olan BMT və ÜTT kimi beynəlxalq təşkilatlar artıq işləmirlər. Bu prosesi laqeyd izləmək sadəcə qəbuledilməzdir. Situasiyanı dəyişmək üçün mətni kağızdan oxumağa yox, dialoqa, dinləmək bacarığına ehtiyac var”, – vitse-kansler deyir.

Onun fikrincə, dünyada baş verən bu tendensiya ilə əlaqədar bəzi ölkələr təcrid və şiddətli qarşıdurmanı seçdikcə yeni münaqişələrin, o cümlədən ticarət müharibələrinin riski çox artır: “Əgər dünyanın bütün dövlətləri oxşar şəkildə hərəkət etməyə başlasa, dünya birliyi qlobal problemləri uğurla həll etmək imkanını itirəcək”, – Habek qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Lalə Şövkət siyasətdən getməyib, pauza götürüb” –

Sonrakı məqalə

“NATO-ya namizəd ölkə terrorçuların təxribatlarına goz yuma bilməz”