Navalnı Avropa Parlamentinin mükafatına namizədlər arasında favoritə çevrilib

Rusiyada həbsdə olan müxalif lider Aleksey Navalnı Avropa Parlamentinin Andrey Saxarov adına “Azad düşüncə mükafatı”na namizədlər arasında favoritə çevrilib.

Belçikanın paytaxtı Brüsseldə yerləşən “EUObserver” internet nəşri xəbər verir ki, Navalnının favoritə çevilməsinə səbəb Avropa Xalq Partiyasının parlament fraksiyasının rusiyalı müxalif liderin namizədliyini müdafiə edənlərin sırasına qoşulmasıdır.

Xalq Partiyasından əvvəl “Yenilənən Avropa” qrupunda təmsil olunan avropalı deputatlar Navalnının namizədliyinə üstünlük verdiklərini açıqlamışdılar.

Mükafata şanslı namizədlər arasında insan hüquqları uğrunda mübarizə aparan bir qrup əfqan qadının da adı keçir. Avropa Parlamentində xüsusilə “Taliban” hərəkatının Əfqanıstanda hakimiyyəti ələ aldığı indiki dövrdə Saxarov mükafatının əfqan qadınlara verilməsini istəyənlər az deyil. Amma “EUObserver” nəşri vurğulayır ki, “Yenilənən Avropa”nın ardınca Avropa Xalq Partiyası nümayəndələrinin də Navalnıya dəstək verməsi əfqan qadınların şansını ikinci plana keçirib və hazırda rusiyalı müxalif lider “Azad düşüncə mükafatı” laureatı olmağa ən yaxın namizəddir.

“Azad düşüncə mükafatı” 1988-ci ildən bəri insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilir.

SSRİ dövrünün məşhur dissidenti akademik Andrey Saxarovun adını daşıyan mükafatın fondu 50 min avrodur. (Novator.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İti su kanalına atan şəxs cəzalandırıldı

Sonrakı məqalə

Salyan Epidemiologiya Mərkəzinin sabiq direktoru həbs edilib